SEPAH İraqda terrorçuların 4 qərargahını bombalayıb

SEPAH İraqda terrorçuların 4 qərargahını bombalayıb
# 20 sentyabr 2021 14:27 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri İraqda terrorçuların 4 qərargahını bombalayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın Həmzə Seyiddüş-şühədə qərargahının qüvvələri bu gün İraqın şimalını bombalayıb.

SEPAH-ın bəyanatında bildirilir ki, İran inqilabına zidd qüvvələr düşmən ölkələrin və bəzi ərəb ölkələrinin dəstəyi ilə İraqın şimalında toplaşıb ki, İslam Respublikasına qarşı təxribat törətsin. SEPAH bunun üçün həmin təxribatçı qüvvələrin mövqelərini bombalayıb.

Qeyd edək ki, bundan öncə SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakvər İraqın şimal bölgəsində yerləşən terror qruplaşmalarının İranın sərhəd bölgələrində təxribatlar törətməsi ilə bağlı xəbərdarlıq etmişdi və bildirmişdi ki, bu durum qəbuledilməzdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR