Si Cinpin ÇXR Sədri kimi ilk dəfə Tibetə səfər edib

ÇXR Sədri Si Cinpin

© APA | ÇXR Sədri Si Cinpin

# 23 iyul 2021 11:10 (UTC +04:00)

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Tibet Avtonom Regionuna səfər edib.

APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, Si Cinpin iyulun 21-22-də Tibetdə olub.

ÇXR Sədri iyulun 21-də Ninqçi şəhərinə təyyarə ilə uçub və ertəsi gün oradan Tibetin paytaxtı Lhasaya qatarla gedib.

Lhasada Si Cinpin monastır və Potala Saray Meydanını ziyarət edib.

Qeyd edək ki, bu, Si Cinpinin ÇXR Sədri kimi regiona ilk səfəridir. O, 2011-ci ildə Çinin vitse-prezidenti olarkən Tibetə səfər etmişdi. Çin-Hindistan sərhədində yerləşən Tibet Pekin üçün çox vacib strateji əhəmiyyətə sahibdir. Pekin 1950-ci ildə Tibetə ordu yeridib. Bölgənin iğtişaşlara meylli olduğunu bildirən Çin hökuməti burada güclü hərbi varlığını saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR