“Taliban” özəl universitetlərdə təhsil alan qızların niqab taxması ilə bağlı fərman verib

“Taliban” özəl universitetlərdə təhsil alan qızların niqab taxması ilə bağlı fərman verib
# 06 sentyabr 2021 06:20 (UTC +04:00)

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” Əfqanıstanın özəl universitetlərində oxuyan qızların təhsil müəssisələrinə getmək qaydalarını müəyyən edən fərman verib.

APA “Agence France-Presse”ə istinadən xəbər verir ki, fərmanda, həmçinin” qızların niqab taxması və təhsilin kişi tələbələrdən ayrı keçirilməsi əks olunub.

Fərmana görə, qız tələbələrin dərsləri beş dəqiqə əvvəl bitəcək. Yalnız qadınlar tələbə qızlara dərs deməlidir, əgər bu mümkün deyilsə, nüfuza malik yaşlı kişilər də tədrisi həyata keçirə bilərlər.

Qeyd edək ki, Əfqanıstanda özəl universitetlərdə dərslər bu gündən başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR