“Taliban” Türkiyə əsgərlərinin Əfqanıstandan çıxarılmasını tələb edir

“Taliban” Türkiyə əsgərlərinin Əfqanıstandan çıxarılmasını tələb edir
# 24 avqust 2021 19:15 (UTC +04:00)

“Taliban” hərəkatı Türkiyə əsgərlərini Əfqanıstanda görmək istəmədiyini açıqlayıb.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban”ın rəsmi nümayəndəsi Zabihullah Mücahid bildirib ki, "Taliban" Türkiyə ilə yaxşı münasibət istəsə də, Əfqanıstanda türk əsgərlərini görmək istəmirlər: "Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma əsgərlərinin Əfqanıstanda olmasını istəmirik".

“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Taliban” hərəkatı Kabil Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb, aeroporta yalnız əcnəbilər buraxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR