Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq

Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq
# 31 avqust 2021 14:57 (UTC +04:00)

Türkiyə ilə Misir arasında növbəti siyasi məsləhətləşmələr aparılacaq.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbərinə görə, bununla əlaqədar Misirin xarici işlər nazirinin müavini Həmdi Sanad Lozanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

Danışıqlar sentyabrın 7-8-də olacaq.

Türkiyə tərəfdən heyətə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək.

Qeyd edək ki, 2013-cü ildən bəri Türkiyə ilə Misir arasında ilk diplomatik danışıqlar bu il mayın 5-6-da Qahirədə keçirilib. Türkiyə XİN bu danışıqların səmimi şəraitdə keçdiyini bildirərək, əhəmiyyətli olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR