Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının bir il uzadılması nəzərdə tutulur - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisi

© APA | Türkiyə Böyük Millət Məclisi

# 09 noyabr 2021 12:02 (UTC +04:00)

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurum millət vəkili, Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü Kami Aydın APA-nın yerli bürosuna bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə daxil olan qanun layihəsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının bir il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, qanun layihəsi TBMM-ə bu gün təqdim edilib.

Bu gün müvafiq qanun layihəsi ilə əlaqədar millət vəkili Kamil Aydının məruzəsi olacaq.

***

10:59

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR