Türkiyə Sedat Pekeri axtarışa verib

Sedat Peker

© APA | Sedat Peker

# 27 may 2021 15:49 (UTC +04:00)

Türkiyə mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekeri axtarışa verib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, Ankara Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Sedat Pekerin barəsində həbs qərarı çıxarılıb və o, axtarışa verilib.

Qeyd edək ki, Sedat Peker daxili işlər naziri Süleyman Soylu və sabiq Baş nazir, AKP sədrinin müavini Binəli Yıldırımın oğluna qarşı ittihamlar səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR