Türkiyədə bu gün COVID-19-dan 164 nəfər həyatını itirib

Türkiyədə bu gün COVID-19-dan 164 nəfər həyatını itirib
# 28 may 2021 23:44 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 164 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 220 min 162 nəfər test edilib, onların 7 min 773-nün koronavirus testi pozitiv nəticə verib, 12 min 284 nəfər sağalıb, min 454 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 134 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 478 min 278 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 83 min 99 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR