Türkiyədə bu gün koronavirusdan 59 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 59 nəfər ölüb
# 21 iyul 2021 21:40 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 59 nəfər həyatını itirib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 184 min 462 nəfər test edilib, onların 8 min 151-nin koronavirus testi pozitiv nəticə verib, 4 min 496 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr  saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 64 milyon 12 min 165 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR