Türkiyədə bu gün koronavirusdan 92 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 92 nəfər ölüb
# 05 iyun 2021 21:17 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 92 həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 216  min 156 nəfər test edilib, onların 6 min 126-nın koronavirus testi pozitiv nəticə verib, 7 min 161 nəfər sağalıb, min 147 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. 

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 min 68 nəfər ölüb.  

Türkiyədə indiyədək 5 miyon 282 min 594 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 154 min 771 nəfəri müalicə  olunaraq evə buraxılıb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR