Türkiyədə sabahdan məktəblərdə həftədə iki gün əyani dərslər keçiriləcək

Türkiyədə sabahdan məktəblərdə həftədə iki gün əyani dərslər keçiriləcək
# 31 may 2021 23:11 (UTC +04:00)

Türkiyədə iyunun 1-dən başlayaraq ibtidai siniflərdə həftədə iki gün əyani təhsil tətbiq olunacaq.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin təhsil naziri Ziya Selçuk bildirib.

Nazir deyib ki, iyunun 7-dən isə orta məktəblərdə və yuxarı siniflərdə həftədə iki gün əyani təhsilə keçiləcək.

Əhalinin sıx yaşamadığı yerlərdə və ucqar rayonlarda isə iyunun 1-dən həftənin 5 günü ənənəvi əyani təhsil tətbiq olunacaq.

Z.Selcuk məktəblərdə yeni növ koronavirusla mübarizə şərtlərinə əməl olunmasının vacibliyini də vurğulayıb.

Nazir 2020/2001-ci tədris ilinin iyulun 1-də başa çatacağını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR