Türkiyədə sel 78 yaşlı kişinin ölümünə səbəb olub

Türkiyədə sel 78 yaşlı kişinin ölümünə səbəb olub
# 08 iyul 2021 03:10 (UTC +04:00)

Türkiyənin Sakarya vilayətində Akyazı rayonunun Dədələr məhəlləsinə fasiləsiz yağış yağıb, nəticədə Dədələr çayı daşaraq selə səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, təbii fəlakət nəticəsində 78 yaşlı Sami Özkul həyatını itirib.

Evinin önündə aşan elektrik dirəyini qaldırmağa cəhd edərkən S.Pzkulu sel aparıb, xilasedicilər onu günboyu axtarıb və cəsədini 2,5 metr kənarda, Mudurnu çayında tapıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR