Uğur Şahin: “Türkiyəni 120 milyon doza peyvəndlə təmin etmək üçün "BioNTech"” firması olaraq müqavilə bağladıq”

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca  və "BioNTech" firmasının icraçı direktoru Uğur Şahin

© APA | Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca və "BioNTech" firmasının icraçı direktoru Uğur Şahin

# 20 may 2021 22:20 (UTC +04:00)

“Türkiyəni 120 milyon doza peyvəndlə təmin etmək üçün "BioNTech" firması olaraq müqavilə bağladıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm Qurumunun son iclasına telekonfrans yolu ilə qatılan, almaniyalı türk həkim, "BioNTech" firmasının icraçı direktoru, professor Uğur Şahin bildirib.

U.Şahin deyib ki, iyun ayında 30 milyon, sentyabr ayının sonunda 120 milyon doza vaksin artıq Türkiyədə olacaq.
Alim deyib ki, yeni növ koronavirus (COVID-19) əleyhinə hazırlanan bu peyvəndlər COVID-19-un mutasiyaya uğrayan İngiltərənin “Kent”, Afrika və Hindistan versiyasına qarşı da müəyyən qədər qoruyuculuğa malikdir.
U.Şahin iyun ayının ilk ongünlüyündə Türkiyəyə həm peyvənd kampaniyasına dəstək məqsədilə, həm peyvənd istehsalı, həm də klinika açmaq üçün səfər etmək planının olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR