Yaponiyada 5 maqnitudalı zəlzələ olub

Yaponiyada 5 maqnitudalı zəlzələ olub
# 19 sentyabr 2021 14:22 (UTC +04:00)

Bu gün Yaponiyanın Xonsyu adasında 5 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya Meteoroloji İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Qifu əyalətində 10 km dərinlikdə yerləşib. Zəlzələ Naqano əyalətində də hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR