Yaponiyalı aktyor COVID-19-dan dünyasını dəyişib

Yaponiyalı aktyor COVID-19-dan dünyasını dəyişib
# 20 avqust 2021 04:42 (UTC +04:00)

Yaponiyalı aktyor və kinorejissor Sonni Tiba (əsl adı Siniti Tiba) 83 yaşında koronavirusdan ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Tiba 8 avqustdan bəri xəstəxanada müalicə alıb və ona COVID-19 diaqnozu qoyulub.

Aktyor 180-dən çox layihədə iştirak edib. O, daha çox Kventin Tarantinonun “Billi öldür” (“Kill Bill”, 2003) filmindəki qılınc ustası Hattori Hanzo və “Forsaj 3” (“Fast and the Furious: Tokyo Drift", 2006) filmlərindəki Kamata əmi rolları ilə tanınıb.

Tiba, eyni zamanda döyüş sənəti ustası idi, onu hərdən “Yaponiyalı Bryus Li” çağırırdılar. O, 1970-ci ildə Yaponiya döyüş sənəti klubunu yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR