Yaponiyanın rüblük ÜDM-i 3% azalıb

Yaponiyanın rüblük ÜDM-i 3% azalıb
# 15 noyabr 2021 10:21 (UTC +04:00)

Bu ilin iyul-sentyabr aylarında Yaponiyanın ÜDM-i illik ifadədə 3% azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə hökumətin proqnozlarında deyilir.

Cari ilin III rübündə real ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalıb. Fərdi istehlak – 1,1%, şirkətlərin avadanlıqlarına investisiyalar – 3,8%, idxal – 2,1% azalıb.

Fərdi istehlakın azalmasının əsas səbəbi tətbiq edilən fövqəladə rejimdir, buna görə əksər prefekturalarda hərəkətə, iaşə müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər qoyulub, bu da ilin bu vaxtında ənənəvi səyahətdən imtinaya səbəb olub və istehlaka təsir göstərib.

Mənfi idxal rəqəmləri dünyada yarımkeçiricilərin çatışmazlığı ilə əlaqələndirilir ki, bu da avtomobil və elektronika istehsalının azalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR