Aİ-nin Ali Nümayəndəsi: “Rusiya ilə davamlı qarşıdurmadan çəkinməliyik”

#
# 18:23
28 aprel 2021

“Avropa İttifaqı (Aİ) fikir ayrılıqlarına baxmayaraq, ortaq məsələlərdə Moskva ilə işləməlidir, bu səbəbdən də dialoq kanalları açıq saxlanılmalıdır”.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin plenar sessiyasında çıxışı zamanı deyib.

“Ümumi məsələlər üzərində işləməyə hazır olduğumuzu Rusiyaya bildirmək istəyirik. Bu, bizim Rusiya ilə bağlı siyasətimizin bir hissəsidir. Kommunikasiya kanallarını açıq saxlamalıyıq. Mümkün olduğu halda Rusiya hökuməti ilə münasibətlərimizi inkişaf etdirməyə hazırıq. Əlbəttə ki, əgər onlar buna həqiqi istək göstərsə və eyni zamanda, bizim dəyərlərimizə, prinsiplərimizə və maraqlarımıza hörmət edərlərsə”, - deyə C. Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi qeyd edib ki, Rusiya ilə münasibətlərdə üç əsas konsept - məhdudlaşdırma, reaksiya və qarşılıqlı təsir - diqqətdə saxlanılmalıdır: “Rusiya hökuməti könüllü şəkildə özü Qərblə münasibətlərdə gərginliyi artırır, dezinformasiya kampaniyası aparır. Biz Rusiya ilə davamlı qarşıdurmadan çəkinməliyik. Ancaq Aİ-yə qarşı rəqib kimi davranan Rusiyadır. Aİ Rusiya ilə münasibətlərində çətin məqamlara hazırlaşmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR