AŞPA-da Ermənistan üzrə həmməruzəçi ermənilərin minaladıqları ərazilərdən danışıb

#
# 01:14
21 aprel 2021

"Müharibə bitib və ümidvaram ki, bir də başlamayacaq. Əsas məsələlərdən biri köçkünlərin məsələsidir. Hazırda 50 minə yaxın Azərbaycanlı geri qayıdıb, ancaq həmin ərazilərdə çoxlu minalar var, problemlər var".

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi Kimmo Kilyunen bu gün assambleyada çıxışı zamanı deyib. O bildirib ki, minalanmış ərazilərin təmizlənməsi və yenidən qurulma işlərinin görülməsi çox vacibdir. 

"Yenidənqurma işləri görülməlidir. Çox ümid edirəm ki, hər iki ölkə minaları necə təmizləmək və bu məsələlərdə beynəlxalq təcrübədən istifadə etmək barədə razılığa gələ bilərlər".

Kimmo Kilyunen qeyd edib ki, hazırkı mərhələ barışıq və inamın yaradılması mərhələsidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR