Boris Conson Aİ-ni oktyabrın 15-dək azad ticarət müqaviləsini razılaşdırmağa çağırıb

Boris Conson Aİ-ni oktyabrın 15-dək azad ticarət müqaviləsini razılaşdırmağa çağırıb
# 07 sentyabr 2020 02:21 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Britaniyanın Avropa İttifaqı (Aİ) ilə danışıqların son mərhələsinə qədəm qoyduğunu bildirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Baş nazir verdiyi bəyanatda bildirib ki, Aİ ilə oktyabrın 15-dək razılaşma olmasa, Britaniya öz yoluna davam edəcək.

"Aİ vaxt cədvəli ilə bağlı çox açıq idi. Mən də. Əgər oktyabrın 15-dək razılığa gələ bilməsək, o zaman aramızda azad ticarət müqaviləsi olacağını görmürəm və biz də bunu qəbul edib yolumuza davam etməliyik", - deyə Conson bildirib.

Baş nazir deyib ki, razılaşmaya nail olmaq üçün sentyabr ayında da çalışmalar davam edəcək: "Müqavilə olmasa belə, biz Aİ-dən olan dostlarımızla danışıqlara hər zaman hazır olacağıq. Qapımız heç vaxt onlara bağlanmayacaq, biz onlarla dost və tərəfdaş kimi ticarət edəcəyik - lakin azad ticarət müqaviləsi olmadan".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR