Britaniyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 40,5 mini keçib

Britaniyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 40,5 mini keçib
# 07 iyun 2020 20:20 (UTC +04:00)

Böyük Britaniyada son sutkada martın 23-dən bəri ilk dəfə yeni növ koronavirusa yoluxma nəticəsində 100 nəfərdən az adam dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə ölkə ərazisində virusdan ölənlərin sayı 40,5 min nəfəri keçib.

“İndiyədək 286 194 nəfərin COVID-19 üçün test nəticələri müsbət olub. Koronavirusa yoluxmuş ümumilikdə 40 542 nəfər həyatını itirib”, - deyə sənəddə qeyd olunur. Sutka ərzində ölkədə daha 77 nəfər virusdan ölüb. Ancaq krallığa daxil olan Şimali İrlandiya və Şotlandiyada heç bir ölüm faktı qeydə alınmayıb. Eyni müddət ərzində, həmçinin 1326 nəfər də bu virusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR