Britaniyada koronavirus qurbanlarının sayı 43 mini keçib

#
# 21:16
13 oktyabr 2020

Böyük Britaniyada son sutka ərzində daha 17 234 nəfərin koronavirus infeksiyasına yoluxması, 143 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Britaniyada koronavirusa ümumilikdə 634 920 nəfər yoluxub. Bu müddət ərzində 43 018 koronaviruslu xəstə dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR