Çin, Almaniya və Fransa liderləri videokonfrans formatında görüşüb

#
# 15:21
16 aprel 2021

Çin Xalq Respublikasının sədri Si Cinpin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel videokonfrans formatında görüşüblər.

APA-nın xəbərinə görə, bu barədə Çinin Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.

Görüşdə tərəflər iqlim dəyişikliyi, Çin-Avropa əlaqələri, COVID-19-a qarşı birgə mübarizə və digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR