Dünyada koronavirusa yoluxanların sayı 95 mini keçib

Dünyada koronavirusa yoluxanların sayı 95 mini keçib
# 06 mart 2020 04:15 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində dünyada 2241 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alıb ki, onlardan 143-ü Çində müşahidə edilib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün yaydığı açıqlamada deyilir. Beləliklə, Çindən kənarda 2098 nəfərdə virusa yoluxma halı qeydə alınıb.

Təşkilatın məlumatına görə, dünyada cəmi 95 333 yoluxma hadisəsi təsdiqlənib ki, bunlardan 80 565-i Çində, 14 768-i isə xaricdədir. Ümumilikdə, təşkilatın məlumatına görə, Çində 3015 nəfər (son 24 saat ərzində 31) və dünyada 267 (gün ərzində 53) yeni növ koronavirusun yaratdığı xəstəlikdən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR