Dünyada son sutkada koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb

#
# 03:14
15 aprel 2021

Dünyada son sutka ərzində 679 003 nəfər koronavirusa yoluxub, 10 367 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 136 996 364 yoluxma hadisəsi, 2 951 832 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Avropanın (234 586) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (198 208) ilə Cənub-Şərqi Asiya (167 637) bölüşür.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR