Fransada koronavirusa yoluxanların sayı 285-ə yüksəlib

Fransada koronavirusa yoluxanların sayı 285-ə yüksəlib
# 05 mart 2020 04:26 (UTC +04:00)

Fransada koronavirusa yoluxanların sayı gün ərzində 73 nəfər artaraq 285 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə departamentinin baş direktoru Jerome Salomon keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda 15 nəfər reanimasiyadadır və eyni zamanda həkimlər 65 xəstədə yoluxma əlamətlərini təyin edə bilmirlər.

Nazir əlavə edib ki, qurbanların sayı hələ də 4-dür və bu xəstəliyin müalicəsi üçün yeni üsullar aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR