Fransada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

Fransada son sutkada rekord sayda koronavirusa yoluxma qeydə alınıb
# 05 sentyabr 2020 03:14 (UTC +04:00)

Fransada son sutkada 8975 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, bu, epidemiya başlayandan bəri rekord göstəricidir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mart ayının sonunda sutka ərzində maksimum 7578 yoluxma qeydə alınıb.

Hazırda xəstəxanalarda 4671 koronavirus xəstəsi var, onlardan 473 nəfəri reanimasiyadadır.

Qeyd edək ki, Fransada bu günədək koronavirusdan 30 686 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR