Gürcüstan və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb

Gürcüstan və Böyük Britaniya müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb
# 10 sentyabr 2020 13:15 (UTC +04:00)

Gürcüstan və Böyük Britaniya arasında müdafiə sahəsində ikitərəfli maliyyə əməkdaşlığı planı imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müvafiq sənəd “Wardrop” Strateji Dialoqu çərçivəsində Gürcüstanın Müdafiə Nazirinin müavini Lela Çikovani və Böyük Britaniyanın Avro-Atlantik Təhlükəsizlik İdarəsinin direktoru Devid Hoqan-Hörnün virtual görüşü zamanı imzalanıb. Sənədin 2020-2021-ci illəri əhatə etdiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR