Gürcüstanda 10-dan çox insanın bir yerə toplaşması qadağan edilib

Gürcüstanda 10-dan çox insanın bir yerə toplaşması qadağan edilib
# 23 mart 2020 16:30 (UTC +04:00)

Koronavirusun yayılma riskini azaltmaq məqsədi ilə Gürcüstanda 10-dan çox insanın ictimai yerlərdə toplaşması qadağan edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Bildirilib ki, yalnız xüsusi rejimli cəzaçəkmə müəssisələri, dövlət qurumları, hüquq-mühafizə və müdafiə orqanları və tibb müəssisələri istisnadır.

Bundan başqa, eyni qərarla ölkədə şənliklərin, toy və digər bu kimi tədbirlərin keçirilməsi də qadağan edilib.

Qeyd edək ki, martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR