Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb

Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan qadağanın müddəti uzadılıb
# 21 aprel 2020 17:27 (UTC +04:00)

Gürcüstanda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 26-dək uzadılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə deyib. O bildirib ki, müvafiq qərar Gürcüstan Qurumlararası Koordinasiya Agentliyi tərəfindən qəbul edilib.

Qeyd edək ki, ölkə ərazisində avtomobillərin hərəkətinə gətirilən məhdudiyyətin vaxtı bu gün başa çatırdı. Məhdudiyyət yük daşımalarına şamil edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR