Gürcüstanda koronavirusa yoluxanların sayı 1 073 nəfərə çatıb

#
# 10:14
22 iyul 2020

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 24 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 073 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 5 692 nəfər karantində saxlanılır, 275 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Virusa yoluxanlardan 907 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR