Gürcüstanda koronavirusa yoluxanların sayı 1429 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 1429 nəfərə çatıb
# 25 avqust 2020 10:27 (UTC +04:00)

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzaarət və İctimaai Sağlamlıq Milli Mərkəzinin internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1429 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7005 nəfər karantində saxlanılır, 252 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1150 nəfərin sağaldığı, daha bir nəfərin isə vəfat etdiyi və ölənlərin sayının 19 nəfərə çatdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR