İspaniyada son sutka ərzində 812 nəfər koronavirusdan ölüb

İspaniyada son sutka ərzində 812 nəfər koronavirusdan ölüb
# 30 mart 2020 13:59 (UTC +04:00)

İspaniyada son sutka ərzində 812 nəfər koronavirusdan vəfat edib.

APA-nın "France Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə bu günədək ölənlərin sayı 7340-a çatıb.

Nazirliyin məlumatına görə, ümumi yoluxanların sayı isə 85195 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR