Mövlud Çavuşoğlu Sloveniyada səfərdədir

#
# 13:39
4 may 2021

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sloveniyada rəsmi səfərdədir.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində M. Çavuşoğlu Sloveniyanın Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşləri planlaşdırılır.

Görüşlərdə Türkiyə ilə Sloveniyanın ikitərəfli əlaqələrinin bütün aspektləri, Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

M. Çavuşoğlu Sloveniyadan sonra 4-5 may tarixlərində Bosniya və Herseqovinaya rəsmi səfər edəcək. Nazir səfər zamanı bosniyalı həmkarı Bisera Turkoviç ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR