NATO Gürcüstanı təşkilata üzvlük üçün hazırlıqları sürətləndirməyə çağırıb

NATO Gürcüstanı təşkilata üzvlük üçün hazırlıqları sürətləndirməyə çağırıb
# 29 sentyabr 2020 14:17 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Gürcüstanı təşkilata üzv olmaq üçün hazırlıqları sürətləndirməyə və bunun üçün bütün imkanları istifadə etməyə çağırıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təşkilatın Baş katibi bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə keçirdiyi onlayn görüşdən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstanın ordu quruculuğu, həmçinin demokratik islahatlar sahəsində böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

Y. Stoltenberq Gürcüstanın Qara dəniz bölgəsində NATO mövqeyinin gücləndirilməsindəki rolunu vurğulayıb və qeyd edib ki, bu təşkilat üçün strateji əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR