Polşa koronavirusla əlaqədar məhbusların evə buraxılmasını planlaşdırır

Polşa koronavirusla əlaqədar məhbusların evə buraxılmasını planlaşdırır
# 23 mart 2020 17:00 (UTC +04:00)

Polşa koronavirusla əlaqədar məhbusların evə buraxılmasını planlaşdırır.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Polşa Ədliyyə Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar 20 min məhkumun elektron nəzarət altında evlərində cəza çəkməsinə imkan verən təkliflər planı hazırlayıb.

Qeyd edək ki, Polşada indiyə qədər 684 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib. Məktəblər, kinoteatrlar və digər ictimai yerlər bağlanıb, xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub və hökumət vətəndaşları mümkün qədər evdə qalmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR