Tbilisi sabah UNESCO-nun “Dünya kitab paytaxtı” elan ediləcək

#
# 17:08
22 aprel 2021

Tbilisi aprelin 23-də UNESCO-nun “Dünya kitab paytaxtı” (World Book Capital) elan ediləcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Tbilisi meriyası məlumat yayıb.

Bildirilib ki, sabah keçiriləcək mərasimlə bu status Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindən alınaraq Tbilisiyə təqdim ediləcək.

Gürcüstan paytaxtı bu statusu bir il müddətinə daşıyacaq.

Qeyd edək ki, UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsinə 2001-ci ildə start verilib. Layihə çərçivəsində UNESCO-nun “Dünya kitab paytaxtı” Madrid şəhəri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR