Tbilisidə partlayış baş verib - YENİLƏNİB

Tbilisidə partlayış baş verib - YENİLƏNİB
# 04 sentyabr 2020 16:56 (UTC +04:00)

Tbilisidə partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

APA-nın yerli bürosu xəbər verir ki, partlayışın baş verdiyi ərazini polis mühasirəyə alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. İlkin ehtimala görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.

***

16.46

Bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tbilisidə, Filarmoniya binası yaxınlığında partlayış baş verib.

APA-ın yerli bürosu xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım maşınları cəlb edilib. Yaralıların olduğu bildirilir. Partlayışın səbəbi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR