ÜST koronavirusun sürətlə yayıldığını bildirib

ÜST koronavirusun sürətlə yayıldığını bildirib
# 30 iyun 2020 08:47 (UTC +04:00)

Bəzi dövlətlərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyasının dünyada yayılması sürətlənir.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşiblər. Əksər insanlarda virusa həssaslıq qalmaqdadır. Onun geriyə qayıtması üçün hələ də ehtimallar var. Acı reallıq ondan ibarətdir ki, vəziyyət hələ də tənzimlənməyib”, - deyə təşkilat rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR