Dünyada son sutkada koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb
# 10 may 2021 05:13 (UTC +04:00)

Dünyada son sutka ərzində 786 943 nəfər koronavirusa yoluxub, 12 994 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 157 289 118 yoluxma hadisəsi, 3 277 272 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 53 faizdən çoxu Cənub-Şərqi Asiyanın (424 052) payına düşür.
Digər yerləri isə Şimali və Cənubi Amerika (198 096) ilə Avropa (107 253) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR