AKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb

AKP rəhbərliyi partiyanın qurucularından olan Əbdüllətif Şənəri istefaya çağırıb
# 08 iyul 2008 08:07 (UTC +04:00)
Ankara APA. Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi Yönətim Kurulunun (İdarə Heyəti) iyulun 7-də axşam saatlarında keçirilən toplantısında bu qurumun üzvü, baş nazirin keçmiş müavini Əbdüllətif Şənərin bəyanatları müzakirə olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AKP parlament qrupunun həmsədrləri Mustafa Elitaş, Nihat Ərgün və millət vəkili Fatma Şahin Ə. Şənərin istefasını tələb ediblər. Keçmiş parlament sədri Bülənt Arınç isə jurnalistlərin bu mövzuda sualına belə cavab verib: “Şənərmi? Xeyirli olsun”. İdarə Heyətinin bəzi üzvləri Ə. Şənərin adının “Ergenekon”çularla birlikdə hallandığına diqqət çəkiblər. Toplantıya sədrlik edən AKP sədri və baş nazir Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirməyib və sadəcə, qeydlər aparıb. Ə. Şənərin İdarə Heyətinin cümə günü keçiriləcək toplantısına dəvət edilməsi və izahat alınması qərarlaşdırılıb.
Qeyd edək ki, AKP-nin qurucularından olan Əbdüllətif Şənər mövcud hökumətin siyasətini tənqid edərək yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR