Türkiyənin hakim partiyasının qurucularından olan Əbdüllətif Şənər istefa verib
11 iyul 2008 14:47 (UTC +04:00)
Ankara APA. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri, baş nazirin keçmiş müavini Əbdüllətif Şənər partiya sıralarından istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, AKP Mərkəzi Şurasının bu gün keçirilən iclasına qatılan Ə. Şənər toplantıdan əvvəl jurnalistlərə açıqlamasında partiya yoldaşları ilə halallaşacağını deyib. İclasdan çıxdıqdan sonra isə o, AKP üzvlüyündən istefa verdiyini bildirib: “Hörmətli baş nazir nəzakət göstərdi və mənə söz verdi. Mən də vida nitqi söylədim. Baş nazir “xeyirli olsun” dedi. Çox böyük nəzakət vardı”.
Xatırladaq ki, Ə. Şənər daha öncə verdiyi açıqlamalarda yeni siyasi partiya yaradacağını bəyan edib. Siyasi müşahidəçilər onun AKP-nin elektoratının bir hissəsini öz tərəfinə çəkə biləcəyini proqnozlaşdırırlar. Qafqaz kökənli olan Ə. Şənər 1954-cü ildə Türkiyənin Sivas bölgəsində doğulub. Ankara Universitetini bitirib, iqtisad elmləri doktorudur. Rifah, Fəzilət partiyaları və son olaraq AKP-nin liderlərindən biri olub. Maliyyə naziri, baş nazirin müavini vəzifələrində çalışıb.

Avropa
Finlandiya prezidenti: Ukraynada sülhə gedən yol yalnız döyüş meydanından keçir
21:57
10 may 2024
Kanada Ukraynaya HHM vasitələrinin alınması təşəbbüsünə 56 milyon dollar sərf edəcək
20:47
10 may 2024
Rusiya Xarkovu atəşə tutub, ölən və yaralananlar var
16:52
10 may 2024
Ukraynada 20 minə qədər məhkum orduya cəlb edilə bilər
13:12
10 may 2024