Avropa İttifaqı Rusiya ilə danışıqlar aparmaq üçün Fransa prezidentinə mandat verib

Avropa İttifaqı Rusiya ilə danışıqlar aparmaq üçün Fransa prezidentinə mandat verib
# 02 sentyabr 2008 08:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Brüsseldə Avropa İttifaqının növbədənkənar sammiti başa çatıb. APA-nın məlumatına görə, sammit Rusiyanın Gürcüstandakı separatçı bölgələrin müstəqilliyini tanımasından sonra bu ölkə ilə münasibətlərin müzakirəsinə həsr olunub. Avropa İttifaqına üzv ölkələr Rusiyanı Gürcüstanla imzalanmış sazişə əməl etməyə çağırıblar. Bundan başqa sammitdə bölgədə mövcud situasiyanın monitorinqinin aparılması proqramın yaradılması təklif olunub. Avropa İttifaqı həmçinin Gürcüstanda quruculuq işlərinə köməklik etməyə hazır olduğunu bildirib. Bu məsələyə həsr olunmuş növbəti sammit noyabrın 14-də Nitsada keçiriləcək. Sammit iştirakçıları Rusiya ilə danışıqların davam etdirilməsi üçün Fransa prezidenti Nikola Sarkoziyə mandat veriblər. Sarkozi danışıqlar aparmaq üçün sentyabrın 8-də Moskvaya səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR