Andris Pibalqs: “Avropa İttifaqı “Nabucco” kəməri ilə bağlı siyasi dialoqu sürətləndirməlidir”

Andris Pibalqs: “Avropa İttifaqı “Nabucco” kəməri ilə bağlı siyasi dialoqu sürətləndirməlidir”
# 06 sentyabr 2008 07:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqının enerji siyasəti üzrə komissarı Andris Pibalqs çıxış edib. Onun sözlərinə görə, Gürcüstanda baş verən hadisələrdən sonra enerji daşıyıcıları marşrutunun diversifikasiyası daha aktuallaşıb: “Nabucco” kəmərinin tikintisi qarşısında olan bütün maneələri aradan qaldırmaq üçün ciddi siyasi qərarlar qəbul etmək lazımdır. Bəzi maneələr var, amma bu aşılmayacaq sədlər deyil”. Xatırladaq ki, “Nabucco” layihəsi Mərkəzi Asiya qazının Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə Mərkəzi Avropaya nəqlini nəzərdə tutur. Layihə reallaşacağı təqdirdə bu kəmərlə ildə 30 milyard kubmetr qaz nəql olunması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR