Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası martın 3-5-də Strasburqda keçiriləcək

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası martın 3-5-də Strasburqda keçiriləcək
# 19 fevral 2009 09:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 3-5-də Strasburqda Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin 16-cı plenar sessiyası olacaq. AŞ-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, sessiyada 2010-cu il üçün Konqresin büdcəsi və ehtiyatları, Aralıq dənizinin cənub sahillərinin ümumi problemlərin həllinə cəlb olunması və seçki yolu ilə hakimiyyətə gələn yerli və regional nümayəndələrin Avropa-Aralıq dənizi əməkdaşlığı üçün gələcək sinerjidəki rolu, Avropanın yerli hakimiyyətlərinin beynəlxalq maliyyə böhranının nəticələri ilə mübarizə aparmasının yolları, Avropa şəhərlərinin mədəniyyətlərarası əlaqələrin, mədəni müxtəlifliyin, kimliyin genişləndirilməsinin və mədəni əməkdaşlığın təbliği sahəsindəki ən yaxşı təcrübələri müzakirə olunacaq, Konqresin qaraçılarla bağlı ən yaxşı təşəbbüslər münasibətilə bələdiyyələr üçün 2008-ci ildə təsis etdiyi Dosta! (Bəsdir!) mükafatının təqdimetmə mərasimi, sərhədlərarası əməkdaşlıqla müzakirələr, bu müzakirələr zamanı Cənubi Adriatik Avrorayonunun və Strasburq- Ortenu Avrorayonlarının təqdimatı və digər tədbirlər keçiriləcək.

Sessiyada Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puç, Avropa İttifaqının Regionlar Komitəsinin sədri Lük van den Brand və digər şəxslər iştirak edəcək.

Sessiya başlamazdan əvvəl Konqresin sədr əvəzi Yan Mikallef mətbuat konfransı keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR