“Türkiyə Hava Yolları”na məxsus təyyarənin Amsterdamda qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

“Türkiyə Hava Yolları”na məxsus təyyarənin Amsterdamda qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
# 25 fevral 2009 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin rəsmisi Suat Xeyri Aka bildirib. O, yaralıların sayının 20 nəfər olduğunu söyləyib.

Hollandiya televiziyası isə qəza nəticəsində ölənlərin sayının ən azı 9 olduğunu deyib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan təyyarə Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və şəxsi heyətin olduğu bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR