Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistana səfər edəcək
# 02 mart 2009 10:24 (UTC +04:00)
Əli Babacan tədbirdə iştirakla bağlı erməni həmkarı Edvard Nalbandyanın dəvətini artıq qəbul edib. Türkiyə mediası bu səfərin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı layihənin ABŞ Konqresində qəbulunu əngəlləyəcəyini iddia edir. Qeyd edək ki, bu gün Türkiyə parlamentinin bir qrup üzvü ABŞ Konqresində danışıqlar aparmaq üçün Vaşinqtona yola düşüb. Nümayəndə heyətinin Amerikadakı yəhudi lobbisi ilə görüşləri də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR