ABŞ müdafiə naziri Gürcüstana səfərə gedib

ABŞ müdafiə naziri Lloyd Auistin

© APA | ABŞ müdafiə naziri Lloyd Auistin

# 18 oktyabr 2021 09:17 (UTC +04:00)

ABŞ müdafiə naziri Lloyd Auistin Gürcüstana səfərə gedib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Pentaqon rəhbərini Tbilisi Beynəlxalq Hava Limanında gürcüstanlı həmkarı Cuanşer Burçuladze qarşılayıb.

Məlumatda qeyd edilib ki, tərəflər arasında keçiriləcək ikitərəfli görüşlər zamanı ABŞ və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq əlaqələri müzakirə ediləcək.

Səfər çərçivəsində iki ölkənin Müdafiə nazirlikləri arasında Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan razılaşma imzalanacaq. Lloyd Austinin Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə də görüşəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR