Almaniyada COVID-19-dan ölüm sayında növbəti antirekord qeydə alınıb

Almaniyada COVID-19-dan ölüm sayında növbəti antirekord qeydə alınıb
# 24 noyabr 2021 09:56 (UTC +04:00)

Almaniyada son sutka ərzində 66 884 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu, pandemiya başlayandan bəri maksimum hesab olunur.

Buna qədər antirekord noyabrın 18-də qeydə alınmışdı - 65 371 yoluxma halı.

İndiyə qədər Almaniyada 5 497 795 nəfərdə infeksiya aşkarlanıb. Son sutkada 335 nəfər ölüb. Ümumilikdə isə ölkədə 99 768 nəfər COVID-19-dan vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR