Almaniyada təyyarə qəzası nəticəsində üç nəfər ölüb

Almaniyada təyyarə qəzası nəticəsində üç nəfər ölüb
# 18 iyul 2021 03:11 (UTC +04:00)

Almaniyanın Baden-Vürttemberq əyalətinin Boeblinqen bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

APA yerli “SWR” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Polisin yaydığı məlumatda bildirilib ki, “Piper” markalı təkmühərrikli təyyarənin qalıqları tapılıb.
Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR