Avstriyanın keçmiş kansleri deputat toxunulmazlığından məhrum edilib

Sebastyan Kurts

© APA | Sebastyan Kurts

# 18 noyabr 2021 23:20 (UTC +04:00)

Avstriya Milli Şurası (parlamentin aşağı palatası) respublikanın keçmiş kansleri, eləcə də Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsu deputat toxunulmazlığından məhrum edib.

APA-nın məlumatına görə, deputatlar bu gün parlament komitəsinin müvafiq qərarını təsdiqləyiblər.

Qeyd edək ki, Kurts özü də Avstriya prokurorluğunun iqtisadi və korrupsiya cinayətləri ilə bağlı apardığı istintaqı başa çatdıranadək toxunulmazlığından məhrum edilməsi qərarını dəstəkləyib.

Xatırladaq ki, oktyabrın 9-da Kurts hökumət başçısı vəzifəsindən istefa verib, lakin hakim partiyanın və parlamentdəki fraksiyasının lideri olaraq qalır.

Keçmiş kanslerin 9 partiya mənsubları ilə birlikdə rüşvət qalmaqalında adı hallanır. Belə ki, Kurts və digərləri 2016-2018-ci illərdə Avstriya Xalq Partiyası ilə bağlı sorğuların müsbət cavablandırılaraq KİV-də dərc edilməsi üçün mediaya rüşvət verməkdə ittiham edilir.

O, bütün ittihamları rədd edərək bildirib ki, təqsirsiz olması artıq müstəqil hüquqi ekspertiza tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR